“Qarabağ münaqişəsi getdikcə qlobal problemə çevrilməyə başlayır” Layihə

“Qarabağ münaqişəsi getdikcə qlobal problemə çevrilməyə başlayır”

Zaur Əliyev: "Olduqca geostrateji bir bölgədə yerləşən münaqişənin regiona təhlükə yaratmasında informasiyanın xüsusi rolu var"

"İnformasiya texnologiyalarının inkişafı, informasiya müharibəsinin aparılma üsullarına və miqyasına bilavasitə təsir edir. Əfsuslar olsun ki, ölkəmiz bu müharibənin düz ortasındadır, Azərbaycana qarşı bir çox cəbhədən aktiv informasiya müharibəsi gedir, bu müharibənin qaçılmaz fənlərindən biri psixoloji əməliyyatlardır ki, bunlar da bizə qarşı aktiv tətbiq edilir. Bunların içərisində ən aktiv olanı Ermənistan cəbhəsidir. Qeyd edim ki, Qarabağın erməni torpağı olduğunu "sübut" etmək, Azərbaycanın müharibə istədiyini, Ermənistanın isə yalnız müdafiə mövqeyində durduğu fikrini beynəlxalq ictimaiyyətə aşılamaq erməni informasiya cəhbəsinin əsas istiqamətidir. Paralel olaraq Dağlıq Qarabağda qurduqları qondarma qurumu müstəqil dövlət kimi təqdim etmək və tanıtmaq, bu yolla müharibənin Qarabağla Azərbaycan arasında getdiyi fikrini yaymaq, Ermənistanın isə yalnız Qarabağ xalqını Azərbaycanın "təcavüzündən" qorumaqla məşğul olduğunu aşılamaq onların əsas fəaliyyətidir. Bu gün artıq ermənilər tək Qarabağla kifayətlənməyib, Naxçıvana qarşı ərazi iddiaları irəli sürürlər. Biz bunun qarşısını almaq üçün Qarabağ TV-ni yaratmaq qərarına gəldik. Hədəfimiz Qarabağla bağlı dünyada olan məlumat azlığını doldurmaqdır".
Bu fikirləri "Xalq Cəbhəsi"nə müsahibəsində Qarabağ TV və eyniadlı saytla bağlı layihənin müəllifi Zaur Əliyev bildirib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
- Bu gün Azərbaycanda Qarabağın işğal altında olması ilə bağlı beynəlxalq aləmdə informasiya cəhətdən üstünlüyü tam olaraq ələ almalıyıq. Biz TV olaraq dövlət və dövlətçiliyimizin yanındayıq və ilk dəfə olaraq TV təkcə Azərbaycanda yaşayanları deyil, xaricdə yaşayan azərbaycanlıları Qarabağ adı ətrafında birləşdirib. Xarici ölkələrdəki diasporumuz bu işdə bizə fəal dəstək olurlar. Bizim TV-də verlişlərimizi sırf qısa və konkret mövzular üzərində qurulacaq və bütün azərbaycanlıların vətənpərvərlik ideyasın təbliğ edəcək. Hazırda beş verlişimiz olub ki, baxış sayına görə irəlidəyik. TV təkcə Qarabağla bağlı olmayacaq, işğal altında olan bütün torpaqlarımız barədə mütamədi yaddaş və verlişlər hazırlayacağıq. Xarici alimlər və dünya mediasında Qarabağ TV bir istinad mənbəyi olacaq.
-Hazırda dünyada informasiya savaşı gedir və bu savaş təsiri və nəticələrinə görə birinci yerdə gəlir. Bu media layihəsi informasiya savaşında öz mövqeyi və effektivliyi ilə fərqlənəcəkmi?
-Azərbaycanın dövlət başçısı qeyd edib ki, bizə qarşı informasiya aparan qüvvələr var. Onların böhran xarakterli yazıları əsasən erməni lobbisinin təsiri altında hazırlanır. Psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi informasiyalar vasitəsilə həyata keçirilir. Yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır, bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxır. Erməni qəzetlərinin və saytlarının Azərbaycanla bağlı yaydıqları yalan informasiyaların qarşısın almaq üçün Qarabağ TV bütün beynəlxalq təcrübədən istifadə edəcək. Yəni analizli, təhlili və faktlarla erməni yalanlarına qarşı çıxıb Azərbaycanın sərhədlərini keçməyə cəhd edən erməni informasiyasını blokadaya alacağıq. Aprel hadisələri zamanı bizim informasiya savaşımız göstərdi ki, biz ermənilərin səsini hər yerdə kəsə bilərik. Lakin onların dezoları buna baxmayaraq yenə mediamızda dərc edilirdi. Biz bunun qarşısın almaq üçün bütün gücləri bir araya topladıq. Elə bir informasiya lobbisi quracağıq ki, təkcə səsimiz kiçik audoriyalarda deyil, böyük zallarda da eşidiləcək. Özü də bu işdə diasporumuzun rolu olacaq.
-Neçə dildə fəaliyyət göstərəcək? Komanda necə formalaşdırılacaq, maliyyə dayaqları varmı?
- Hazırda 10 dildə yazılarımız əlimizdə var. Biz elə xəbər sistemi quracağıq ki, ingilis, alman, fransız, rus və digərləri girib orda Qarabağ barədə istədiyi məlumatı alacaq. Fakt ən böyük silahdır və bizim informasiyamız fakt üzərində mübarizə aparacaq.
- Erməni dilində süjetlər və xəbərlər yer alacaqmı?
-Erməni dilində mütləq olacaq. Biz ermənilərə təbliğ edəcəyik ki, Qarabağ müharibəsi onları uçruma aparır. Terrorçu erməni siyasəti onlara ziyan verir, onların gələcəyini əllərindən alır. Biz erməniləri Azərbaycana təslim olmağa inandıracağıq.
Dövlətin bu sahədə apardığı işə informasiya dəstəyi vermək niyyətimizdir. Niyə görə bizdə belə kanal olmasın? Komandamızda elə şəxslər var ki, müharibəni yaşamış insanlardır. Onlar təcrübəli jurnalistlərdir, araşdırmaçılardır. Qarabağ münaqişəsi getdikcə regional xarakterini itirir və qlobal problemə çevrilməyə başlayır. Olduqca geostrateji bir bölgədə yerləşən münaqişənin regiona təhlükə yaratmasında informasiyanın xüsusi rolu var. Hazırkı geosiyasətdə əsas hədəfin insan beyni, qəlbi və xalqların mədəniyyətləri olmasını unutmamalıyıq. Əsas təsir vasitəsi də mediadır. Media vasitəsi ilə milyonların şüurunu manipulyasiya etmək mümkündür. Ona görə də, münaqişənin tarixilə yanaşı, informasiya modeli, mənzərəsi və onun inkişafının informasiya bazası haqqında ayrıca geniş araşdırmaların aparılması olduqca vacibdir.
Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazası var. Etnik münaqişələrin meydana gəlməsinə nəzər salarsaq, olduqca çox oxşar cəhətlər görərik. Lakin münaqişəyə cəlb olunan tərəflərin imkanları, coğrafi-tarixi şərait, münaqişədə maraqlı olan geosiyasi qüvvələrin müxtəlifliyi hər bir etnik münaqişənin fərqli tərəflərini üzə çıxarır. Bu baxımdan, Qarabağ münaqişəsinin digər etnik münaqişələrlə oxşar tərəfləri olduğu kimi, fərqli tərəfləri də var. Bu fərqli cəhətlərin biri də Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazasına malik olmasıdır. Ona görə də bu problemin əhatəli şəkildə araşdırılması münaqişənin doğru mənzərəsini təsəvvür etməyə imkan verə bilər. Bildiyimiz kimi, etnik münaqişənin ən azı iki tərəfi var. Ona görə münaqişənin də ən azı iki informasiya modeli mövcuddur. Başqa sözlə, münaqişəyə cəlb olunan tərəflərin hər biri bu münaqişəni, onun yaranma səbəblərini və həlli yollarını öz maraqlarına uyğun şəkildə görür və təqdim edir. Qarabağ müharibəsində də bu məsələ özünün dağıdıcı funksiyasını bizə göstərib. Müharibə çərçivəsində Ermənistan dəfələrlə, məsələn, Xocalı soyqırımı zamanı etdikləri vəhşilikləri dünyanın nüfuzlu informasiya agentliklərində azərbaycanlıların apardığı "vəhşilik" kimi təqdim edərək informasiyanın təxribatçı modelindən geniş istifadə edib. Belə ki, müharibə zamanı tərəflər məsələ ilə bağlı öz baxışlarını, maraqlarını, baş verən proseslərə öz münasibətlərini formalaşdırıb cəmiyyətə təqdim edir. Təəssüflər olsun ki, bir çox hallarda Azərbaycan erməni informasiya təxribatının qurbanına çevrilib. Bizim isə Qarabağ TV sırf beynəlxalq praktikada olan təcrübədən istifadə edəcək.
İinformasiya müharibəsində əməliyyatlar əsasən iki istiqamətdə - informasiya hücumu və informasiya mühafizəsi üzrə aparılır. İnformasiya hücumu (Information Attack) - qarşı tərəfin informasiya infrastruktrunun tam məhv edilməsi və ona öz qüvvəsindən istifadə imkanı verməməkdir. İnformasiyanın müdafiəsində isə (Information Protection) - obyektin öz məlumatlarınıın və inforamasiya strukturlarının əks tərəfin təsirlərindən mühafizəsi nəzərdə tutulur. Buraya informasiyanın strateji maskalanması, informasiya infrastrukturunun fiziki qorunması, İM-in müdafiə hissəsi təhlükəsizliyin təminatı metodları ilə realizə olunur.
Qarabağ TV açılsa əsas işlərimiz belə olacaq. Azərbaycanın işğal olunan əraziləri barədə xəbər, reportaj, veriliş, sənədli filmlər çəkmək, Qarabağın tarixi, mədəniyyəti, musiqisi və təbiəti, tarixi abidələri, mədəni irsi barədə bir neçə dildə informativ məlumatlar hazırlamaq, qaçqın və məcburi köçkünlərin həyatları, talelərini işıqlandırmaq, Azərbaycan əsgərləri və hərbisi barədə verlişlər hazırlamaq, beynəlxalq təşkilatların Qarabağla bağlı qətnamələrinin yerli və beynəlxalq ekspertlər tərəfindən təhlil etmək, dünyada yaşayan soydaşlarımızın Qarabağla bağlı gördükləri işlərə və onlara informasiya dəstəyi vermək, tv debatlar təşkil etmək, hərbi ekspertlərin çıxışları, müsahibələr, Qarabağla bağlı tədqiqatçıların çıxışı, erməni mediasının analizi və onların yalanlarının üzə çıxarılması, xarici ölkələrdə yaşayan alim və siyasilərin müsahibələri, mütəmadi yaddaş, "Qarabağa YOL" adlı sənədli verlişlər, müharibənin tarixi, qazi və şəhid ailləri barədə reportajlar, ermənilər haqqında dünya alimlərinin həqiqətləri barədə reportajlar, Milli Qəhrəmanlar haqqında verlişlər və s.

Əli