“Demokratiyanın bir göstəricisi də azad mətbuatdır Layihə
Tofiq Yusifov: "Bəziləri plüralizmi ağzına gələni danışmaq və məsuliyyətsiz bəyanatlar vermək kimi anlayır"
"Azərbaycanda plüralizm sahəsində vəziyyəti ümumilikdə normal qiymətləndirmək olar"
Ölkədə plüralizmin hazırkı durumu, fikir və söz azadlığı ilə bağlı məsələlər həmişə aktual mövzu olaraq müzakirə edilir.
Jurnalist, filologiya üzrə fəlsəfə doktoru, "Təfəkkür" Universitetinin jurnalistika kafedrasının professoru Tofiq Yusifov hesab edir ki, Azərbaycanda plüralizm, sözün azad ifadə edilməsi, şəffaflıq sahəsində vəziyyəti ümumilikdə normal qiymətləndirmək olar: "Mənim fikrimə etiraz edənlər ola bilər və bu təbiidir. İstənilən şəxsi, strukturu, hətta hakimiyyəti də tənqid eləmək olar, amma proses əsaslandırmalarla, faktlarla müşayiət olunmalıdır. Həm də səndən faktın haradan əldə olunduğunu soruşanda mənbəni təqdim etməyi bacarmalısan. Bizim mətbuatımızda çox qıcıqlandırıcı, mücərrəd, basmaqəlib, çox vaxt məsuliyyətsiz işlədilən bir ifadə var: mötəbər mənbənin verdiyi məlumata görə. Kimdir bu "mötəbər mənbə?" Səmimi deyirəm, bunların "mötəbər mənbələrinin" 70 faizi ya özlərinin heç də intellektlə öyünə bilməyəcək beyinlərinin, ya da avtobusda kimdənsə eşitdiklərinin məhsuludur. Mövcud qanunvericiliyə görə, haqqında söhbət gedən şəxsin ixtiyarı var ki, məhkəməyə müraciət edərək həmin mötəbər mənbənin açılmasını tələb etsin. Məlumat hər hansı insanın həyatı üçün, yaxud ictimai-siyasi cəhətdən təhlükəlidirsə, dövlətin təhlükəsizliyinə xələl gələrsə, jurnalist mənbəni məhkəmədə deməyə borcludur. Demokratiyanın birinci göstəricisi azad mətbuatdır. İndiyə qədər ABŞ-ın konstitusiyasına təxminən 28 əlavə edilib. Onun birincisi mətbuat və söz azadlığı haqqındadır. Yəni ölkədə heç kəs insanların mətbuat və söz azadlığı haqqını məhdudlaşdıra bilməz. Azərbaycanda isə plüralizmdən bəzən həddən artıq sui-istifadə xaos yaradır. Çünki bəziləri plüralizmi ağzına gələni danışmaq və məsuliyyətsiz bəyanatlar vermək kimi anlayır. Amma danışılanların, yazılanların arxasında məntiq, qərəzsizlik, vicdanlılıq dayanmalıdır. Plüralizm ölkənin, cəmiyyətin, xalqın inkişafı, tərəqqisi naminə olarsa əladır, amma plüralizm populizmə, münasibətlərin gərginləşməsinə, qarşıdurmaya xidmət edəcəksə, bu fitnəkarlıqdır".
"Nə qədər paradoksal olsa da, şəxsən mən hazırkı şəraitdə Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsinin tərəfdarı deyiləm",- deyən professor bununla bağlı kifayət qədər arqumentinin olduğunu deyir: "Diffamasiyanın hərfi mənası latıncadan tərcümədə "ləkələmək, qaralamaq" deməkdir. İndi haqqında çox söhbət getməyə başlasa da, diffamasiyanın çox dərin tarixi kökləri var. Hələ 1819-cu ildə Fransada diffamasiya elementlərini özündə ehtiva edən qanunlar mövcud idi. Ondan bir az sonrakı İngiltərə qanunvericiliyi tarixinə nəzər salsaq, orada da diffamasiyanın rüşeymlərinə rast gələ bilərik. Amma İngiltərə tam olaraq diffamasiya qanununu neçənci ildə qəbul eləsə yaxşıdır - 1996-cı ildə. Deməli, tarixilik nöqteyi-nəzərdən yanaşsaq, lap bu yaxınlarda. Yaxud Rusiyaya nəzər salaq. Diffamasiya ilə bağlı Rusiya bəlli mövqeyi olan ölkələrdəndir. Lakin bu yaxınlarda Rusiyada dövlət səviyyəsində böhtan haqqında qanunvericiliyə yenidən baxılması tövsiyə edilib. Bunlar artıq diffamasiyanın əleyhinə olan faktlardır.
Bu gün "Diffamasiya haqqında" qanunu qəbul etmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, hətta deyərdim ki, Konstitusiyaya dəyişikliklər lazımdır. Çünki diffamasiyanın ümumi aurası, məğzi belədir ki, jurnalist dediyi sözə görə məsuliyyətə cəlb edilə bilməz: əslində diffamasiyanın elə qayəsi budur. Jurnalistika fakültəsinin bitirmiş və uzun illər mətbuat çalışan jurnalist, fərd olaraq mən buna hazıram. Amma cəmiyyətimiz, bütöv KİV ordusu buna hazırdırmı? Fikrimcə, bizim cəmiyyətimiz, cəmiyyətdəki ictimai təbəqələr arasındakı münasibətlər buna hazır deyil. Bəzi jurnalistlər elə bilirlər ki, diffamasiya ilə bağlı qanun qəbul olunarsa nə istəsə yaza və deyə bilərlər. Diffamasiyanın ümumən əsas prinsiplərindən biri belədir: "təhqir edə bilməzsən, amma ləkələyə bilərsən. Diffamasiya qanunun müddəalarında da göstərilir ki, diffamasiya qaydalarını pozan insanlar məsuliyyətə cəlb edilməlidir. İndi mən sual edirəm: Diffamasiya prinsiplərini pozmaq nə deməkdir, bu hansı hallarda olur? Əgər sən müsahibini ləkələyirsənsə, nə bilim bu ləkələmə necə baş verib? Burada yazıldığı kimi, bilərəkdən, yoxsa bilməyərəkdən?".
Onun fikrincə, nəticədə qeyri-müəyyənlik, anlaşılmazlıq yaranacaq: "Azərbaycanın publisistika, jurnalistika mühitində hələ də müəyyən bir qarışıqlıq hökm sürür. Diffamasiya yüksək inkişaf etmiş cəmiyyətlərə - Qərb ölkələrinə və ABŞ-a daha çox aiddir. Onların dövlət quruculuğu təcrübəsi də böyükdür. Bu cəmiyyətlərdə kifayət qədər möhkəm birgəyaşayış qaydaları formalaşıb. "Diffamasiya haqqında" qanunu qəbul etmək üçün cəmiyyətimiz daha da inkişaf etməlidir. Bizim hələ cəmi 20 illik müstəqillik təcrübəmiz var. Ona görə də hesab edirəm ki, sözügedən qanunla bağlı bir qədər tələsməmək gərəkdir. Qərbin demokratiya institutları bizi tələsdirir, amma bu tələsiklik əslində özü xaos yarada bilər. Mən bununla bağlı Azərbaycan hökumətinin mövqeyi ilə tam razıyam ki, hələ bu məsələnin vaxtı yetişməyib. Hamımızın qəbul elədiyi bir faktdır ki, Azərbaycanda "reket jurnalistikası" deyilən bir cərəyan var. Başqa cür adlandırmaq istəməzdim. Professor Qulu Məhərrəmli doğru buyurur ki, reket jurnalistika ictimai təzahür, meyl deyil, nəsə keçici bir şeydir. Bununla razılaşıram, amma onu da əlavə etmək istəyirəm ki, bu tendensiya ilə reket jurnalistikası heç keçiciyə oxşamır, getdikcə inkişaf edir. Jurnalistikaya qeyri-professionalların axını da bu amillər sırasındadır. Reket jurnalistikaya axın da deməzdim, maraq var. Bu gün də o maraq ölməyib. Cəmiyyətdə ümumi maarifçilik səviyyəsinin, intellektin müəyyən dərəcədə aşağı olması ilə bağlıdır. Bu istər dövlət strukturlarına, istər də idarə, müəssisə və təşkilat rəhbərlərinə, istərsə də adi vətəndaşlara aiddir. Reket jurnalistikanın sıradan çıxmaması idarə və təşkilatların rəhbərlərinin işlərində hansısa çatışmazlığın olmasından və KİV-lə iş sahəsində elementar təsəvvürlərin olmamasından irəli gəlir. Heç kəsə sirr deyil ki, 30-40 manata görə ayrı-ayrı strukturların qapısının dabanını çıxaran üzdəniraq "jurnalistlər", "müxbirlər" var. Bu "jurnalistlərin" arı şirəyə yığılan kimi dövlət və özəl strukturlara daraşmasının əsas səbəbkarları onları ələbaxım öyrədən məmurlardır, iş adamlarıdır".
"Onu demək istəyirəm ki, bəzilərinin hesab etdiyi kimi, yalnız Qərbə baxaraq güclənməyin, ölkədə qayda-qanun yaratmağın əleyhinəyəm",- deyən Tofiq Yusifov vurğulayıb ki, hər bir ölkənin, məmləkətin özünün mental xüsusiyyətləri, öz inkişaf perspektivləri və tarixi inkişaf yolu, modeli var: "Biz kimlərinsə xoşuna gəlmək üçün, təqdirini qazanmaq üçün fəaliyyət göstərməməliyik. Öz inkişaf yolumuzu, perspektivimizi özümüz müəyyən eləməliyik. Jurnalistka yaradıcılıq sahəsidir. Ölkənin bütün zamanlarda da öndə gedənləri ziyalılar olub. Bu nöqteyi-nəzərdən özündə dəyərli ziyalıları birləşdirən sahə kimi hər bir dövlətin, hökumətin borcu mətbuatı inkişaf etdirməkdir. Bizim indiki gənc nəsil kitaba, mütaliəyə o qədər də həvəsli deyil. İnternet və televiziya daha çox gənclərimizin maraq dairəsindədir. Elektron kütləvi informasiya vasitələrinin fəaliyyətinin təşkilində elə bir qayda-qanun yaratmalıyıq ki, onlar cəmiyyətin yetişməsinə, gənc nəslin düzgün formalaşmasına stimul versin, onu səfərbər eləsin. Mətbuatın maarifçilik funksiyasını bu gün əyləncə əvəzləyib. Bu, normal deyil. Hər bir hökumətin kütləvi informasiya vasitələri ilə bağlı konsepsiyası olmalıdır. Bu konsepsiya cəmiyyətin firavan yaşaması üçün sosial cəhətdən daha da təminatına xidmət eləməlidir. Bunun üçün də lazımdır: maarifçilik, maarifçilik, maarifçilik. Bölgələrdə, eləcə də paytaxtda yaşayan insanları sivil birgəyaşayış qaydalarına öyrətməliyik. Bunun birinci yolu qəzet-jurnaldır. Ona görə də bu məqsədlə Azərbaycan mətbuatının cəmiyyətə təsirinin maksimum səmərəliliyini təmin etmək üçün reket curnalistikaya son qoyulmalıdır, QHT adı ilə fəaliyyət göstərən şübhəli qurumlar sıradan çıxarılmalıdır. Hamımız cəmiyyətdə birgə fəaliyyət göstərməliyik. Biz hələ yenicə keçid dövründən sıyrılıb çıxan gənc dövlətik, bir xoşbəxtliyimiz var ki, sosial-iqtisadi göstəricilərimiz yüksəlir, xalqın rifahı artır.
İstər neft, istərsə də qeyri-neft sektorunda inkişaf gedir. Bu resurslardan istifadə edilərək Azərbaycan cəmiyyətində rifah təmin edilməlidir, bunlar bütövlükdə insan resursunun inkişafına xidmət eləməlidir. Çalışmaq lazımdır bu insanlar ölkənin taleyi üçün çiyinlərində bir məsuliyyət olduğunu hiss eləsinlər. Bu da mətbuatın işidir. Yenə buna qayıdıram, mətbuatı gücləndirmədən, müasir tələblər səviyyəsinə qaldırmadan cəmiyyət qarşısında duran qlobal məsələlərin həllinə heç cür nail ola bilməyəcəyik. Mətbuatın keyfiyyəti yüksəldilməlidir. Burada peşəkar kadrların yetişdirilməsinə nail olmalıyıq ki, gələcəkdə bizim yeganə informasiya mənbəyimiz olan jurnalistikanın hörmət, inamı və nüfuzu artsın. Fikirləşirəm, daha doğrusu ümid edirəm ki, zaman-zaman üzdəniraq "jurnalistlər" də bu işin perspektivsizliyini görüb əl çəkəcəklər. Bu problem "Qordi düyünü" deyil ki, bir zərbəyə həll edəsən. Vətəndaş cəmiyyəti tam oturuşandan sonra bu problemlər aradan qalxacaq".
Əli