17 Noyabr 11:44
17 Noyabr 10:22
23 Noyabr 2024 20:51
3 262
Biz bu prosesin bizim üçün vacib olan üç elementini müzakirə etmək istəyirik. Birincisi, tərəflər burada hələ də gülünc şəkildə aşağı olan rəqəmlərdən bəhs edirlər. İkincisi, həmin maliyyə vəsaitləri publik maliyyələşmə vasitəsilə təmin olunmalıdır, ianələr, qrantlar, borc şəklində deyil. Üçüncüsü, bu maliyyə vəsaiti hansı mənbələrdən gələcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Yubiley Cənubi Asiya Sakit Okean Hərəkatının nümayəndəsi, filippinli iştirakçı Lidinida Naspil jurnalistlərə müsahibəsində deyib.
"Biz inkişaf etmiş ölkələrin dialoqlarında istifadə etdikləri mobilizasiya dilinə inanmırıq. Dil tərəflərin öhdəlikləri baxımından aydın səslənilməlidir. Bu, Paris Sazişində də öz əksini tapıb. Bir çox maliyyə mənbəyini ortaya gətirməklə bu məsələnin həll edilməsi cəhdlərini qəbul etməyəcəyik", - deyə L.Naspil fikirlərinə yekun vurub.
17 Noyabr 17:39
903
17 Noyabr 16:50
994
17 Noyabr 15:37
1 015