

Səhiyyə sisteminin effektivliyini, təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün tibb mütəxəssislərinin davamlı peşəkar inkişafı zəruri sayılır.
APA xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən Səhiyyə naziri Teymur Musayev deyib.
Teymur Musayevin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan yeni konsepsiya mütəxəssislərin sübuta əsaslanan praktika, müasir texnologiyalar və müalicə protokolları ilə daim tanış olmasına şərait yaradır.
“Davamlı peşəkar inkişaf kliniki qərarvermə və diaqnostika keyfiyyətini artıraraq, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsini yüksəldir”, – deyə nazir qeyd edib.
O, həmçinin bildirib ki, bu məqsədlə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğun olaraq müvafiq dəyişiklik layihəsi hazırlanıb.