Baş katib: Avropa Şurası Cənubi Qafqazda sülhü dəstəkləyir Dünya

Baş katib: Avropa Şurası Cənubi Qafqazda sülhü dəstəkləyir

Avropa Şurası üçün Cənubi Qafqazda sülh və sabitlik həqiqətən də vacibdir. Biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını təşviq edirik.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Avropa Şurası Baş katibi Alen Berse deyib.

O, Gürcüstanda Avropa gələcəyinə dair aydın bəyanatlar səsləndirdiyini, digər tərəfdən isə qəbul edilən müəyyən qanunların narahatlığa səbəb olduğunu vurğulayıb.