29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
10 İyun 2025 18:11
2 870
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli İsveçrə Konfederasiyasına səfər çərçivəsində 2-6 iyun tarixlərində Cenevrə şəhərində keçirilən BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR) Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Platformasının növbəti sessiyasının yüksək səviyyəli görüşlərində və plenar iclaslarında iştirak edib.
FHN-in Mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən xəbərə görə, tədbir çərçivəsində, Ərgüc Kələntərli BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin rəhbəri, xanım Natalia Alonso Kano ilə görüşüb. Görüş zamanı Fəlakət Riskinin azaldılması üzrə Senday Çərçivəsinin Yüksək Səviyyəli İcmal Konfransının Siyasi Bəyannaməsinin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub, beynəlxalq səviyyədə fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xanım Natalia Alonso Kano öz növbəsində əməkdaşlıq çərçivəsində görülən işləri yüksək qiymətləndirib, bu xüsusda, birgə layihələrin təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlığın gücləndirilməsi imkanlarının əhəmiyyətini vurğulamaqla Azərbaycanla çoxşaxəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə edib.
Səfər çərçivəsində, bir sıra ölkələrin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndələri ilə görüşlər keçirilib, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində birgə fəaliyyət və fövqəladə halların idarə olunması istiqamətində tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

29 Aprel 18:25
1 029
29 Aprel 17:21
1 057
29 Aprel 16:13
1 183