

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
Məktəblərdə müəllimin borcu oxumayan uşaqlarla işləməkdir.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.
Onun sözlərinə görə, sertifikasiya imtahanı ona görə tətbiq edilib ki, daha yaxşı müəllimlər seçilə bilsin:
“30 sualdan 30-na da doğru cavab verən müəllim ilə 10 suala doğru cavab verən şəxsə müəllim demək ədalətsizlikdir".
E.Əmrullayev bildirib ki, son 3 ildə 8 000-dən çox müəllimin əmək müqaviləsinə xitam verilib.
Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemində tədqiqat olduqca azdır:
“Bu sahədə geri qalırıq”.