“Azərbaycan qlobal sülh gündəliyində ön sıradadır”
20 Fevral 22:31
20 Fevral 22:31
20 Fevral 20:45
20 Fevral 20:32
20 Fevral 16:50
11:10
812
Bu ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat olmaqla 2025-ci ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 4,6 faiz artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,7 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyd edilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 6,5 milyard manata bərabər olub, onun 45,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
10:14
784
20 Fevral 17:50
1 239
20 Fevral 17:12
1 421