Alparslan Bayraktar: Ermənistan da Azərbaycan-Türkiyə enerji əməkdaşlığının bir hissəsi ola bilər İqtisadiyyat

Alparslan Bayraktar: Ermənistan da Azərbaycan-Türkiyə enerji əməkdaşlığının bir hissəsi ola bilər

Ermənistanla normallaşma prosesinin iqtisadi münasibətlərə də öz təsirini göstərəcəyinə ümid edirik.

Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir normallaşma prosesini bu baxımdan dəstəklədiklərini bildirib.

Alparslan Bayraktar Ermənistanın da Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının bir hissəsi ola biləcəyini qeyd edib.

“Əslində, normallaşma iqtisadi münasibətlərin də nizamlanmasını nəzərdə tutur. Enerji sahəsində əməkdaşlığı inkişaf etdirə və bu istiqamətdə mövcud imkanlardan yararlana bilərik. Ümid edirəm ki, bu proses hər kəs üçün faydalı şəkildə davam edəcək”, – nazir vurğulayıb.