Səfir: Yaponiya şirkətləri azad edilmiş ərazilərdə energetika sahəsi üzrə qiymətləndirmə aparır Siyasət

Səfir: Yaponiya şirkətləri azad edilmiş ərazilərdə energetika sahəsi üzrə qiymətləndirmə aparır

Hazırda Yaponiya şirkətləri Qarabağ və ətraf rayonlarda həyata keçirilən layihələr çərçivəsində energetika sahəsində qiymətləndirmə aparır.

Bunu APA-nın sualına cavabında Yaponiya səfiri Katsuya Vatanabe bildirib.

Səfirin sözlərinə görə, Yaponiya şirkətləri Qarabağ və ətraf rayonlarda xüsusilə infrastrukturun bərpası, sənaye obyektlərinin qurulması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıqda maraqlıdır.
Diplomat qeyd edib ki, regionun böyük iqtisadi imkanları var və düzgün planlaşdırma ilə bu ərazilər qısa müddətdə inkişaf mərkəzinə çevrilə bilər.