Almaniya növbəti dəfə vətəndaşlarını İranı tərk etməyə çağırıb Dünya

Almaniya növbəti dəfə vətəndaşlarını İranı tərk etməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın mümkün hərbi zərbəsi təhlükəsi ilə əlaqədar vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Bu barədə nazirliyin sözçüsü jurnalistlərə bildirib

"Məhdud sayda olsa da, hazırda kommersiya reysləri mövcuddur, İranla qonşu ölkələr arasında hava əlaqəsi davam edir", - qurum rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, ölkədən quru yolu ilə də çıxış mümkündür.

Sözçü deyib ki, vəziyyətin kəskinləşəcəyi təqdirdə konsulluq yardımı göstərmək faktiki olaraq mümkün olmayacaq.