MEK-də Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual sərgi hazırlanıb Hadisə

MEK-də Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual sərgi hazırlanıb


21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) virtual sərgi (https://heyzine.com/flip-book/dc17eb39d1.html) hazırlanıb.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin dil siyasəti, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan dili haqqında səsləndirdiyi fikirləri, Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, müasir təzahür formalarını əks etdirən dəyərli nəşrlər nümayiş etdirilir.

Nəşrlər sırasında “Heydər Əliyevin dil siyasəti”, “Heydər Əliyev: dil, ədəbiyyat, incəsənət”, “Dövlətçilik və dil”, “Ana dili milli varlığın təməli”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi”, Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi Ağamusa Axundovun müəllifi olduğu “Dil və ədəbiyyat”, “Ümumi dilçilik”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilçiliyi: Sələflər və xələflər”, Buludxan Xəlilovun 2 cilddə “Müasir Azərbaycan dilinin morfologiyası”, “Müasir Azərbaycan dili”, Nizami Xudiyevin “Azərbaycan ədəbi dili tarixi”, Noam Xomskinin “Dil və təfəkkür”, Mübariz Yusifovun “Dahi şəxsiyyətin nitq fenomenliyi”, Əli Rza Xələflinin “Dilimiz-varlığımız” əsərləri, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş dərsliklər və s. kitablar yer alır.

Virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub. Ənənəvi sərgi iki həftə müddətində davam edəcək.