20:45
490
“Azərbaycanın “Sülh Şurası”nın birinci iclasında yaxından iştirakı və xüsusilə cənab Prezident İlham Əliyevə ABŞ Prezidenti Donald Tramp tərəfindən göstərilən xüsusi diqqət iki ölkə arasında mövcud olan yaxın və etibarlı münasibətlərin açıq göstəricisidir”.
Milli Məclisin deputatı Azər Allahverənov xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Deputat qeyd edib ki, ABŞ Prezidentinin çıxışında Azərbaycan xalqını xüsusi məhəbbətlə vurğulaması və ölkəmizin sülh təcrübəsinə istinad etməsi Azərbaycanın qlobal sülh gündəliyində artıq özünəməxsus yerə malik olduğunu təsdiqləyir:
“Bu münasibətlərin təsiri təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda regional və beynəlxalq proseslərə də birbaşa proyeksiya olunur.Amerika Birləşmiş Ştatlarının “Sülh Şurası” formatında irəli apardığı təşəbbüslərdə Azərbaycanın xüsusi çəkisinin olması ölkəmizin sülh quruculuğu prosesində rolunun davamlı şəkildə artdığını göstərir.Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin irəli sürdüyü sülh prinsiplərini Ermənistanın diqqətinə çatdırmaqla sülh gündəliyinin formalaşmasına nail olub.”
Deputat xatırladıb ki, Azərbaycanın təqdim etdiyi beş əsas sülh prinsipinə söykənərək 17 bənddən ibarət sülh sənədi hazırlanıb və həmin sənəd avqustun 8-də paraflanıb:
“Bu fakt Azərbaycanın sülh prosesində aparıcı tərəf olduğunu və prosesin məhz ölkəmizin təşəbbüsləri üzərində qurulduğunu bir daha təsdiqləyir.Azərbaycanın sülh quruculuğu istiqamətində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir və ölkəmiz artıq sülhlə bağlı qlobal proseslərdə seçilən dövlətlər sırasında yer alır.Əminəm ki, Azərbaycanın müəyyən etdiyi sülh strategiyası təkcə Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcək. Bu strategiya enerji təhlükəsizliyi, nəqliyyat və logistika infrastrukturu, eləcə də rəqəmsal texnologiyalar və süni intellekt kimi strateji sahələrdə regional əməkdaşlığın genişlənməsinə imkan yaradacaq və Azərbaycanın qlobal sülh gündəliyində rolunu daha da möhkəmləndirəcək.
Günel Elxan