16:17
693
Milli Məclisin deputatı Fatma Yıldırım xalqcebhesi.az saytına açıqlamasında bildirib
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton şəhərində keçirilən “Sülh Şurası”nın ilk iclasına ABŞ Prezidenti Donald Tramp tərəfindən şəxsən dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun və qlobal siyasi proseslərdə artan rolunun açıq göstəricisidir”.
Deputat qeyd edib ki, bu dəvət Azərbaycanın artıq təkcə regionda deyil, daha geniş beynəlxalq müstəvidə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir:
“Prezident İlham Əliyevin beynəlxalq hüquqa, sülhə və qarşılıqlı hörmətə əsaslanan ardıcıl siyasi xətti ölkəmizə olan etimadı gücləndirib. ABŞ kimi qlobal təsir gücünə malik dövlətin siyasi gündəliyində Azərbaycan Prezidentinə bu səviyyədə yer ayrılması ikitərəfli münasibətlərin yeni, daha praqmatik mərhələyə daxil olduğunu göstərir. Dövlət başçısına göstərilən bu diqqət Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunun beynəlxalq səviyyədə qəbul edildiyinin göstəricisidir.Azərbaycan heç bir qütbün təsiri altında olmayan, milli maraqlara əsaslanan və dialoqa açıq siyasət yürüdür. Bu yanaşma ölkəmizi qlobal proseslərdə etibarlı tərəfdaş kimi möhkəmləndirir.
Sözügedən dəvət və nümayiş etdirilən yüksək səviyyəli münasibət Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, sülh təşəbbüslərində fəal iştirakının təmin olunması və Azərbaycan–ABŞ münasibətlərinin qarşılıqlı hörmət və real maraqlar üzərində inkişafı baxımından mühüm siyasi mesajdır”.
Günel Elxan