20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 11:28
1 078
Sərnişinlər ölkədaxili uçuşlarda fiziki sənəd təqdim etmədən, “mygov” tətbiqi vasitəsilə şəxsiyyətlərini təsdiq edə biləcəklər.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib. Bu xidmət sayəsində sərnişinlər qeydiyyat zamanı şəxsiyyət məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim edə bilərlər.
Yeni xidmət çərçivəsində qeydiyyat masasında yerləşdirilən QR kod mygov tətbiqi vasitəsilə skan edilir. Vətəndaş “mygov” tətbiqində ötürülən məlumat siyahısı ilə tanış olub icazə verdikdən sonra sərnişinin şəxsiyyət məlumatları avtomatik olaraq qeydiyyat sisteminə ötürülür və qeydiyyat prosesi daha sürətli, rahat və operativ şəkildə həyata keçirilir.
Xidmət Bakı və Naxçıvan hava limanlarında tətbiq olunur və qeydiyyat prosesinin daha səmərəli təşkili ilə sərnişinlər üçün rahat və çevik xidmət mühiti yaradır. Yeni həll hava limanlarında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sərnişin təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsidir.
Qeyd edək ki, rəqəmsal qeydiyyat xidməti alternativ xarakter daşıyır. Sərnişinlər istədikləri halda əvvəlki qaydada fiziki şəxsiyyət vəsiqəsini təqdim etməklə də qeydiyyatdan keçə bilərlər.
20 İyul 17:47
1 064
20 İyul 17:17
1 834
20 İyul 15:49
1 232