Cənubi Qafqazda sülh yolunda...”
21 Noyabr 23:00
21 Noyabr 23:00
21 Noyabr 22:50
21 Noyabr 22:38
21 Noyabr 10:56
12 Dekabr 2022 13:14
4 676
Ümumdünya Tibb Assosiasiyası güneyli həkimin edam hökmünün ləğv edilməsini tələb edib.
Gunaz.tv
Ümumdünya Tibb Assosiasiyası (WMA) İbrahim Rəisiyə göndərdiyi məktubda həkim Həmid Qarahəsənlinin və onun həyat yoldaşının həbs edilməsi və onlara qarşı rəftarı tənqid edib.
Ümumdünya Tibb Assosiasiyasının rəhbəri Dr. Osahun Enabolel Həmid Qarahəsənlinin barəsində edam hökmü çıxarılması xəbərini eşitdikdə şok olduğunu bildirib.
Beynəlxalq təşkilat İran prezidentinə ünvanladığı müraciətdə Həmid Qarahəsnli barədə saxta ittihamlar əsasında çıxarılan edam hökmünün ləğv edilməsini tələb edib.
Qeyd edək ki, güney azərbaycanlı Həmid Qarahəsənli işgəncə edilib və ondan alınan məcburi etiraflar əsasında ölümə, həyat yoldaşı Fərzanə Qarahəsənli isə 25 il həbs cəzasına məhkum ediliblər.
Qeyd edək ki, Həmid Qarahəsənlidən də işgəncə altında məcburi etiraf alınıb və onun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.
İran təhlükəsizlik məmurları noyabrın 4-də Kərəc şəhərində 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin Kərəc şəhərində yerləşən evinə hücum edərək o və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənlini həbs ediblər.
Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla saxlanılıblar.
21 Noyabr 08:58
1 925
19 Noyabr 12:18
2 877
18 Noyabr 13:18
3 689