İranda Almaniya vətəndaşı həbs edildi Güney Azərbaycan

İranda Almaniya vətəndaşı həbs edildi

İranın Berlindəki səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılmasından bir gün sonra İran təhlükəsizlik məmurları Almaniya vətəndaşını həbs ediblər.

Gunaz.tv

Bu barədə yanvarın 17-i axşam saatlarında İranın Radio və Televiziya Şirkətinə bağlı "Cam-Cəm" qəzeti məlumat yayıb.

Məlumatda saxlanılan şəxsin kimliyi açıqlanmayıb.

Lakin onun Xuzistan əyalətinin Ümidiyyə şəhərində stratejik əhəmiyyətli neft təsisatlarının fotolarını çəkdiyi zaman həbs edildiyi bildirilir.