

24 May 20:46
24 May 15:26
İranın Əlborz əyalətində mağazaların lövhələrində qeyd olunan adların farsca olması barədə yeni sərənaçam verilib.
Gunaz.tv
Sərəncam İran Mədəniyyət və İrşad Nazirliyinin Əlborz əyaləti bölməsinin başçısı Səid Cabiri Ənsari tərəfindən imzalanıb.
Bunun çox sayda azərbaycanlının yaşadığı əyalətdə mağaza, bazar və iş yerlərinin türkcə adlarına qoyulan qadağa olduğu bildirilir.
Səid Cabiri Ənsari bu addımın fars dilinin qorunub saxlanılması və inkişafı üçün atıldığını söyləyib.
Qeyd edək ki, bundan öncə Tehran polisinin ümumi məkanlara nəzarət bölməsi də oxşar addım ataraq qeyri-fars dilində lövhələri olan iş yerlərinin sahiblərinə qarşı tədbirlər görüləcəyini bildirib.
Tehran polisinin rəsmisi paytaxtda iş yerləri və ticarət obyektlərinin adı üçün türk, kürd və lor kimi qeyri-fars dillərdən istifadə etməyin yasaq olduğunu deyib.