Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
24 May 2025 15:26
9 695
Avropa Komissiyasının Ticarətdən Məsul Üzvü Maros Sefcovic bildirib ki, Avropa Birliyi (AB) ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı ticarət danışıqları qarşılıqlı hörmət əsasında aparılmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump-ın Avropa Birliyinə qarşı 50 faizlik tarif tətbiq edilməsini təklif etməsindən sonra Sefcovic sosial media hesabında açıqlama yayıb. O, ABŞ Ticarət Naziri Howard Lutnick və Ticarət Nümayəndəsi Jamieson Greer ilə görüş keçirdiyini bildirərək, AB-nin hər iki tərəfin xeyrinə olan bir ticarət sazişi bağlamaqda qərarlı olduğunu vurğulayıb.
Sefcovic əlavə edib: “AB-ABŞ ticarət münasibətləri bənzərsizdir və bu münasibətlərə təhdidlərlə deyil, qarşılıqlı hörmətlə istiqamət verilməlidir.”
Məryəm Quliyeva