29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
23 May 2025 12:15
9 443
Professor Hüseyn Məhəmmədzadə Sadiqin sağ qalan oğlu Eldar Məhəmmədzadə Sadiq ədəbiyyat, din, fəlsəfə, ilahiyyat, rabitə, iranşünaslıq, azərbaycanşünaslıq və dilçilik sahəsində 20.000 cilddən çox ixtisaslaşdırılmış kitabın olduğu ibarət kitabxanasını iyanə etdiyini açıqlayıb.
Gunaz.tv
“Altmış ildən çox elmi səylə atam ədəbiyyat, din və ilahiyyat, fəlsəfə, rabitə, azərbaycanşünaslıq və dilçiliyin müxtəlif sahələrinə aid 20 mindən çox ixtisaslaşdırılmış kitablar toplusu tərtib etmişdir ki, bunların yarısı fars, digər yarısı müxtəlif türk dilləri, ingilis, rus və ərəbcədir." - deyə Eldar Məhəmmədzadə bildirib.
O bu kitab toplusunun təkcə Azərbaycan üçün yox, bölgədəki bütün tədqiqatçılar üçün böyük önəmə sahib olduğunu vurğulayıb. O, kitabxananın rəqəmsal versiyasının yaradılması ilə bağlı planlarının olduğunu bildirib.
“Yaxın vaxtlarda direktorlar şurası formalaşdırılaraq və lazımi icazələr alınmaqla, bu əsərlərin rəqəmsal versiyalarının tədqiqatçıların və maraqlı şəxslərin istifadəsinə verilməsi üçün elektron kitabxana istifadəyə veriləcək.Ərdəbil vilayətinin Xalq Kitabxanalarının Baş direktoru ilə keçirdiyim görüşdə bu kitabxananın Ərdəbil vilayətinə köçürülməsi şərtlərini yazılı şəkildə elan etdim və bu vilayətin mədəniyyət idarələrindən cavab gözləyirəm” - deyə o qeyd edib.
28 Avqust 10:48
1 603
25 Avqust 11:15
2 765
25 Avqust 11:13
2 646