

Mayın 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.61% – 41,603.07 bəndədək, S&P 500 indeksi 0.67% – 5,802.82 bəndədək, Nasdaq indeksi isə 1% – 18,737.21 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 23-də FTSE 100 indeksi 0.24% – 8,717.97 bəndədək, Almaniyanın DAX indeksi 1.54% – 23,629.58 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.65% – 7,734.40 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.72% artaraq 1.1362 dollar təşkil edib.