Bild: Almaniyada əmək nazirinin istefası hakim koalisiyada fikir ayrılıqlarını dərinləşdirib
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
FSB Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb
22 May 2025 12:47
9 492
Ərdəbil əyalətində məktəb çatışmazlığı var və bunun aradan qaldırılması üçün ən azı 300-ə yaxın 12 sinif otağından ibarət məktəblər inşa edilməlidir.
Gunaz.tv
Bu barədə əyalət valiliyinin rəsmisi Rza Kərimi açıqlama verib.
O, xüsusən Ərdəbil, Parsabad, Aslanduz, Xalxal və Meşginşəhr (Xiyav) şəhərlərində problemin daha çox olduğunu söyləyib:
"Adı çəkilən şəhərlərdə təhsil sahəsi kritik vəziyyətdədir və məktəb çatışmazlığı səbəbindən siniflərdə orta şagird sayı 45-ə çatıb".
Ölkədə şagirbaşına düşən təhsil sahəsinin 5.2 olmasına baxmayaraq, Ərdəbildə şagirbaşına düşən təhsil sahəsinin 1,8 ilə 2 kvadratmetr arasında olduğunu deyən Rza Kərimi, bunun ölkə üzrə orta göstəricidən aşağı olduğunu bildirib.
Qeyd edək ki, uzun illərdir Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri üçün vəsait ayırmadığını deyirlər.
Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi çox hallarda yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur.
6 Oktyabr 10:54
2 576
6 Oktyabr 10:53
2 870
1 Oktyabr 12:36
4 088