Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb - VİDEO Mədəniyyət

Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb - VİDEO

Etnosport Beynəlxalq Festivalında Azərbaycan heyətinin çıxışı

Mayın 22-də Türkiyənin İstanbul şəhərində start götürən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Xalqcebhesi.az-a verilən məlumata görə, festival çivəsində hər gün Türk dünyasının birliyi, ortaq mədəni kökləri və irsi tədbir iştirakçılarına və qonaqlara nümayiş etdirilir.

Türkiyə Prezidenti və xanımı Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi "Zəfər" şou-kompazisiyasını izləyiblər

Mayın 24-də Festivalın xüsusi proqramında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi "Zəfər" şou-kompazisiyasını izləyiblər:

Qarabağ atlarının iştirakı ilə təqdim olunan kompozisiya

“Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığında 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim türk törəsi, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.

Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, suvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Respublikasının Prezidenti Ərdoğan və xanımı tərəfindən böyük marağa səbəb olub, ayaq üstə alqışlanıb.

Nümayəndə heyətimiz Türkiyə rəhbərliyinin "Zəfər" şou- kompozisiyasını böyük maraqla izləməsini, göstərilən yüksək diqqəti məmnunluq və qürur hissi ilə qarşılayıb”.

Qeyd edilib ki, mayın 25-də Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı keçiriləcək və bununla da VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başa çatacaq.