29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
20 May 2025 14:45
8 764
Təbrizin Qeydiyyat İdarəsi təbrizli körpəyə valideynləri Asena adı seçdiklərinə görə sənəd vermir.
Gunaz.tv
Bu barədə Asenanın atası Fərhad Pakruh məlumat yayıb.
"22 apreldə anadan olan qızıma "Asena" adı seçmişik, Təbriz Qeydiyyat İdarəsinin əməkdaşları isə bu ada sənəd verməkdən imtina edib və bizə Asena deyil, "Asna" adına sənəd verə biləcəklərini bildiriblər",- Pakruh bildirib.
O, qızına sənəd verilmədiyi üçün tibb xidmətlərdən məhrum olduğunu, müayinə və peyvənd oluna bilmədiyini deyib.
İran Qeydiyyat İdarəsi Asena və başqa bu kimi türkcə adların İran adları siyahısında olmadığı üçün bu adların İran milli kimliyi ilə zidiyyət təşkil etdiyini deyir.
Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.
Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.
28 Avqust 10:48
1 610
25 Avqust 11:15
2 772
25 Avqust 11:13
2 653