18 İyun 16:16
10 İyul 2025 20:28
7 168
Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin həbsindən 18 ay ötür.
Həbs olunduqları vaxtdan bu azərbaycanlı fəallar təhlükəsizlik orqanlarının məhkəmə orqanlarına mane olması səbəbindən hələ də zaminə buraxılmayıblar.
Qeyd edək ki, bu işlə bağlı olan digər azərbaycanlı fəallar Vədud Əsədi, Abdullah Vahidi, Salar Tahir Afşar 2025-cü ilin fevral ayında Evin zindanına köçürülüblər.
Seyid Məhəmməd Rza Fəqihi isə 2025-ci ilin yanvar ayından bəri Evin həbsxanasında saxlanılır. İsrailin Evin həbsxanasını vurmasından sonra isə adı çəkilən fəalların Böyük Tehran həbsxanasına köçürülüblər.
Qeyd edək ki, Evin zindanında məhbus olan bu fəallar 2024-ci il fevralındə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav, Urmu, İslamşəhr, Astarada məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən həbs ediliblər.
Fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmə”, “İran İslam Respublikası əleyhinə təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar.
Gunaz.tv
18 İyun 11:17
1 288
18 İyun 11:16
1 295
17 İyun 11:54
1 813