Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı Güney Azərbaycan

Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı

Oktyabrın 28-də İran Voleybol Premyer Liqasının ikinci həftəsinin oyunları çərçivəsində Urmiyanın "Şəhrdari" voleybol komandası Tehranın "Sənətgərane Omid" komandası ilə qarşılaşıb.

Gunaz.tv

Qarşılaşma Urmiyanın Qədir (Durnalar yuvası) idman kompleksində keçirilib.

Qarşılaşma 3-1 hesabı ilə Urmiya təmsilçisinin xeyrinə başa çatıb.

Bununlada "Şəhrdari" komandası iki oyundan 6 xal qazanaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.