Ərdəbilli hüquqşünas Pərviz Siyabi müvəqqəti azadlığa buraxılıb Güney Azərbaycan

Ərdəbilli hüquqşünas Pərviz Siyabi müvəqqəti azadlığa buraxılıb

Avqustun 29-da Ərdəbil həbsxanasında saxlanan tanınmış fəal, vəkil və hüquqşünas Pərviz Siyabi Gürcani 250 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

O, iyulun 25-də heç bir əsas və məhkəmə qərarı olmadan təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılmışdı.

Bu barədə həbsxanada saxlanılan başqa məhbuslar yaxınları ilə telefon əlaqəsi zamanı məlumat verib. Məlumata görə, Pərviz Siyabi avqustun 5-də həbsxananın karantin bölməsinə aparılıb.

Onun nədə ittiham olduğu barədə hələ də dəqiq məlumat verilməyib. P.S.Siyabinin 24 iyul aksiyası zamanı sosial mediada etdiyi paylaşımlarla bağlı saxlanıldığı ehtimal edilir.

Pərviz Siyabi bundan öncə 18 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda aparılan hərbi əməliyyatlar zamanı İranın Ermənistana iqtisadi və mənəvi dəstək verməsinə etiraz olaraq Ərdəbiln Ciral parkında keçirilən aksiyada iştirak edən etdiyinə görə həbs olunub.

Daha sonra 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq azadlığa buraxılıb.

Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Xuzistan etirazçılarına dəstək aksiyas keçirilib. Aksiyada həmçinin molla rejiminin Güney Azərbaycan xalqının üzləşdiyi iqtisadi problemlərə etiraz edilib.

Müxtəlif şəhərlərdə çox sayda milli-mədəni fəal həbs olunub.

Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb və bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Gunaz.tv