Paris-2024: Azərbaycanın reytinqi açıqlanıb İdman

Paris-2024: Azərbaycanın reytinqi açıqlanıb

Paris-2024 Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növlərində keçirilən dünya çempionatlarının medal sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cari olimpiya tsiklində qazanılan medallar yer alıb.

Azərbaycan idmançıları bu müddətdə dünya çempionatlarında 13 medal qazanıb. Təmsilçilərimiz olimpiya çəki dərəcələrində hələlik çempionluq sevinci yaşamayıb.

Potensial olimpiyaçılarımız 2 gümüş və 11 bürünc medal əldə edib. İdmançılarımız yunan-Roma və sərbəst güləş, boks, qılıncoynatma, cüdoda fərqlənib.

Ümumilikdə indiyədək 1507 dəst medal sahibini tapıb. Bu mükafatları 91 ölkə təmsilçisi qazanıb.

Siyahıya ABŞ başçılıq edir – 60 qızıl, 51 gümüş, 50 bürünc. Çin (41, 20, 31) ikinci, Yaponiya (33, 37, 28) üçüncüdür.