“Qarabağ”ı tərk edəcək ilk futbolçu bəlli olub İdman

“Qarabağ”ı tərk edəcək ilk futbolçu bəlli olub

Mövsümlərarası fasilədə “Qarabağ” klubunu tərk edəcək ilk futbolçu bəlli olub.

Trend xəbər verir ki, Filip Ozobiçin Ağdam klubunu tərk edəcəyi dəqiqləşib.

Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev Xorvatiya əsilli yarımmüdafiəçi ilə birgə şəklini paylaşaraq, ona uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Filip Ozobiç “Qarabağ”a 2018-ci ildə “Qəbələ”dən keçmişdi.