Yeniyetmələr arasında cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib İdman

Yeniyetmələr arasında cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçirilib.

ACF-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yarışa paytaxt kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılıb.

Turnirdə qalib gələn idmançılara Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər təqdim olunub və bütün medalçılara pul mükafatı verilib.
Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilib. Birinciliyin təşkilində əsas məqsəd kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.