Paris-2024: Sənan Süleymanov yarımfinalda! - YENİLƏNİB İdman

Paris-2024: Sənan Süleymanov yarımfinalda! - YENİLƏNİB

Sənan Süleymanov (77 kq) Paris Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda macarıstanlı Zoltan Levayla üz-üzə gəlib.
1/8 finalda zədələnən idmançımız yarımfinala vəsiqə qazanıb.

***

14:30

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, yunan-Roma güləşinin 1/8 final mərhələsində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşıb.

Görüşün ilk dəqiqələrində zədələnən təmsilçimiz əzmkarlıq nümayiş etdirərək qarşılaşmanı qalib başa vurmağı bacarıb: 2:0