Sahil Babayev: QDTİB Azərbaycanda indiyədək 500 mln. avroya yaxın layihə maliyyələşdirib
QDTİB Azərbaycanda günəş elektrik stansiyalarına investisiya yatırmağı planlaşdırır
Dövlət başçısı İlham Əliyev Somali Prezidentinə təbrik ünvanlayıb
QDTİB-nin Rəhbərlər Şurasına sədrlik Azərbaycandan Bolqarıstana keçir
Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib
15 Oktyabr 2024 16:55
4 396
"Şəkini sevirəm. İnsanları çox mehribandır. Komandanın oyunçuları bir-birinə qarşı hörmətcildir. Ola bilər ki, nə vaxtsa yenidən bu kluba qayıdım”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ötən mövsüm "Şəki"də çıxış etmiş Haitiəsilli amerikalı basketbolçu Vebster Simeus klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Hazırda Danimarkanın FOQ komandasının formasını geyinən oyunçu Azərbaycanın sülhsevər ölkə olduğunu bildirib: “Azərbaycanın sakit ölkə olduğunu bilirdim və gəlib bunu gördüm. Bir çox oyunçu da buraya gəlməyimi məsləhət gördü. Lakin mövsüm bitdikdən sonra 1 illik müqaviləm başa çatdığı üçün klubdan ayrılmalı oldum. Ola bilər ki, nə vaxtsa yenidən "Şəki"yə qayıdım. Ölkənizdə oynayan amerikalı basketbolçulardan da tanıdıqlarım var idi. "Sabah" və "Gəncə"də çıxış edən bir basketbolçu ilə kollec vaxtından tanış idim”.
V.Simeus Şəkidə yaşamağın ona problem yaratmadığını söyləyib: “Mənim oxuduğum universitetin yerləşdiyi şəhər də Şəkiyə bənzəyir. Ona görə də burada çox çətinlik çəkmədim”.
Azərbaycandan əvvəl Yunanıstan və Fələstində oynayan basketbolçu bu ölkələrin liqaları arasındakı fərqdən də danışıb: “Yunanıstanda çempionat daha aqressiv keçir. Orada əksər basketbolçuların boyu çox hündür olur”.
09:01
819
30 İyun 08:25
1 176
30 İyun 07:53
1 274