“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
11 Noyabr 2024 16:16
5 145
“Ukrayna klubuna qalib gəlmək gücündəyik”.
Bu sözləri açıqlamasında qadın həndbolçulardan ibarət “Qarabağ” komandasının qapıçısı Mədinə Salayeva Avropa Kubokunun 1/16 final mərhələsində Ukraynanın "Qaliçanka" klubuna qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
O, rəqib komandanın avrokuboklarda yaxşı təcrübəyə malik olduğunu bildirib: “Buna baxmayaraq, meydanda çəkinmədən mübarizə aparacağıq. “Qaliçanka” ölkəsinin sayılıb-seçilən komandalarından biridir. Ötən turda “Azəryol”u mübarizədən kənarlaşdırıb. Həmin matçı canlı izləmişdik. O görüşü də analiz edəcəyik. Artıq bu mövsüm bir mərhələ keçmişik. Ona görə də özümüzə çox inanırıq. Məqsədimiz mərhələni adlamaqdır. İnanıram ki, növbəti raunda biz vəsiqə əldə edəcəyik”.
Qolkiperin fikrincə, hər iki qarşılaşmanın Azərbaycanda keçirilməsi komandası üçün müsbət məqamdır: “Doğma meydan amil çox önəmlidir. Çünki daha rahat mübarizə aparırsan. Bu üstünlüyümüzdən yararlanmağa çalışacağıq”.
Qeyd edək ki, qarşılaşmalar noyabrın 16-17-də Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
30 Dekabr 2025 15:19
1 624
30 Dekabr 2025 11:47
1 652
30 Dekabr 2025 11:47
1 645