26 Dekabr 21:04
26 Dekabr 20:22
13 Yanvar 23:35
4 669
Türkiyənin "Fənərbağça" klubu Superliqanın XIX turunda qələbə qazanıb.
Xalqcebhesi.az xəbər verir ki, səfərdə "Konyaspor"un qonağı olan İstanbul təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
"Sarı-lacıvərdlilər"in heyətində Mert Müldür (14), Çağlar Söyüncü (25) və Duşan Tadiç (61) fərqlənib. Meydan sahiblərinin heyətində isə Pedrinyo (1) və Blaz Kramer (44) dəqiq zərbə müəllifi olub.
42 xalı olan "Fənərbağça" 50 xala malik lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə 36 xalla "Samsunspor" qapayır.
26 Dekabr 15:51
1 183
26 Dekabr 15:02
1 232
26 Dekabr 15:01
1 197