"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub İdman

"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub

"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.

"Report"un məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıblar.

Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.