

17 İyun 16:52
17 İyun 14:43
17 İyun 10:37
Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. Onlar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.
Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu, həm də Tofiqin UFC-də debütü olacaq.