20 İyun 2025 20:47
3 857
"Araz-Naxçıvan" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) heyətini gücləndirib.
"Report" xəbər verir ki, Saloniki təmsilçisi Yunanıstan yığmasının üzvü Tasos Donisi transfer edib.
28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.
21 Aprel 17:58
1 449
21 Aprel 17:44
1 351
21 Aprel 11:55
1 330