

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ cinayətkar qruplaşmanın tərkibində dələduzluqda şübhəli bilinərək saxlanılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, saxlanılanlar arasında bir neçə keçmiş polis də var.
“Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə istintaq orqanları polis idarələrindən birinin keçmiş əməliyyatçıları və taekvondo üzrə dünya çempionu Emin Çətinbağ da daxil olmaqla, cinayətkar qrupun 6 üzvünə qarşı cinayət işini araşdırır.
Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin "a", "g", "e" bəndlərində (vəzifə səlahiyyətlərindən sui-istifadə), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (dələduzluq) nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunurlar.
İstintaq cinayətkar qrupun 5 üzvünə qarşı ittiham irəli sürüb və barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
O da bildirilib ki, məlum cinayət işi ilə bağlı daha bir şəxs barəsində axtarış elan edilib.