Azərbaycan millisi airbadminton üzrə Avropa çempionatının yarımfinalına yüksəlib İdman

Azərbaycan millisi airbadminton üzrə Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycan millisi airbadminton üzrə Avropa çempionatının yarımfinalına yüksəlib.

Bu barədə Xalqcebhesi.az-a federasiyanın mətbuat xidmətindən məlumat verilib.

B qrupunda yer alan millimiz ilk oyunda Xorvatiya yığması ilə qarşılaşıb.

4 kateqoriya üzrə keçirilən qarşılaşmada rəqibindən üstün təsir bağışlayan badmintonçularımız 60:33 hesablı qələbə qazanıb.

Komandamızın növbəti oyunu Niderland kollektivinə qarşı baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda əzmkarlıq nümayiş etdirən badmintonçularımız 60:50 hesablı qələbə qazanaraq Avropa çempionatında pley-offa yüksəlib.

Komanda 1/4 finalda Yunanıstan yığması ilə üz-üzə gəlib. Badmintonçularımız oyun ərzində hesabda dəfələrlə geri düşməsinə baxmayaraq, xarakter nümayiş etdirərək cütün müqəddəratını öz xeyrinə dəyişməyi bacarıb. Yekunda 60:59 hesablı qələbə qazanan millimiz yarımfinala yüksəlməklə Bolqarıstana rəqib olub.

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 6-sı, saat 18:00-da başlayacaq. Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.