

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ukraynada fəaliyyəti qadağan olunmuş “Həyat Üçün – Müxalifət Platforması” partiyasından olan deputat həbs edilib.
APA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib. Məlumata görə, partiyadan olan deputat Fydor Xristenko vətənə xəyanətdə şübhəli bilinərək axtarışa verilib. O, bu gün Ukrayna ərazisində saxlanılıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən tammiqyaslı işğal başlamazdan xeyli əvvəl əməkdaşlığa cəlb olunub və xüsusi xidmət orqanlarının tapşırıqlarını fəal şəkildə yerinə yetirib.
Qeyd edək ki, “Həyat Üçün – Müxalifət Platforması” partiyasının fəaliyyəti bir neə il əvvəl qadağan edilib.