Türkiyənin daha bir şəhərində meşə yanğını Dünya

Türkiyənin daha bir şəhərində meşə yanğını

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda meşə yanğını başlayıb.

Xalqcəbhəsi.az “ensonhaber.com”a istinadən bildirir ki, televiziya ötürücülərinin yerləşdiyi Gündoğdu kəndində şam meşəsində başlayan yanğın günorta saatlarında zeytun bağlarına və əkin sahələrinə keçib.

Yanğın daha sonra Çağlayan kəndinə keçib.

Bölgənin bir neçə nöqtəsində yanğının davam etdiyi, həm havadan, həm də qurudan müdaxilə edildiyi bildirilir.

Helikopterlər Kurşunluda dənizdən su götürərək dəfələrlə yanğına müdaxilə edir. Həmçinin meşə və böyük şəhər yanğınsöndürmə qrupları da yerdən söndürmə işlərinə qatılır.

Meşə Təsərrüfatı Baş İdarəsi yanğının söndürülməsinə 3 təyyarə, 11 helikopter, 37 su maşını, 2 tikinti texnikası və 242 canlı qüvvənin cəlb edildiyini açıqlayıb.