"Arsenal" futbolçusu ilə müqavilə müddətini uzadacaq İdman

"Arsenal" futbolçusu ilə müqavilə müddətini uzadacaq

İngiltərənin "Arsenal" klubu müdafiəçisi Uilyam Salibanın müqavilə müddətini uzadacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Oyunçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub. Onun hazırkı müqaviləsinin vaxtı 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Uilyam Saliba 2022-ci ildən "Arsenal"da çıxış edir. O, cari mövsüm 4 oyunda meydana çıxıb.