Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
13 Aprel 16:22
6 342
Polşa futbolunun yüksək Liqası olan “Ekstraklasa”da maraqlı vəziyyət yaranıb.
Gərgin keçən mövsümün bitməsinə 6 tur qalmasına baxmayaraq, liqadakı 18 klubun 17-nin çempion olmaq şansı var.
Belə ki, lider “Lex Poznan” ilə 17-ci sırada olan “Vidzev Lodz” arasında cəmi 13 xal fərq var. Beləliklə, sonuncu olan “Bruk-Bet Termalica” xaric bütün klublar riyazi olaraq çempion olmaq imkanını saxlayıb.
Həmçinin ölkənin ən titullu klubu olan və 1945-ci ildən bəri heç vaxt yüksək liqanı tərk etməyən “Legiya Varşava” klubu yüksək liqanı tərk etmək təhlükəsiylə üzləşib.
15 dəfə ölkə çempionu olan 21 dəfə Polşa Kuboku və 6 dəfə Polşa Super Kubokunun qalibi olan klub hal hazırda 34 xalla autsayderlər qrupunda yer alıb.
Ümumiyyətlə son mövsümlər gərgin rəqabət getdiyi Polşa Liqasında 2019-cü ildən bəri 3 fərqli klub tarixlərində ilk dəfə Liqanın qalibi olub. Belə ki, 2018/19 mövsümündə "Piast", 2022/23 mövsümündə "Rakov" və 2023/24 mövsümündə "Yagelloniya" ilk dəfə Ekstraklasa çempionluğunu qazanıblar.
Qeyd edək ki, bu klubların hər üçü avrokuboklarda təmsilçilərimizə rəqib olub. “Piast” Avropa Liqasının 2013/14 mövsümündə “Qarabağ” ilə, “Yagelloniya” Avropa Liqasının 2017/18 mövsümündə “Qəbələ” ilə, “Rakov” isə, UEFA Çempionlar Liqasının 2023/24 mövsümündə “Qarabağ” ilə qarşılaşıb.
8 Noyabr 17:04
1 260
8 Noyabr 16:35
1 225
8 Noyabr 14:05
1 169