10:14
553
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Heydərli Orxan Qorxmaz oğlu 24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatında uğurla çıxış edib.
Belə ki, idmançımız kişilər arasında 84+ kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu adına layiq görülüb.
Yarışda iştirak edən müxtəlif ölkələrin güclü idmançıları arasında yüksək peşəkarlıq nümayiş etdirən Heydərli Orxan Qorxmaz oğlu final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin edib.
Cavid