ABŞ-da Trampın portreti olan yubiley pasportlarının verilməsinə başlanılır Dünya

ABŞ-da Trampın portreti olan yubiley pasportlarının verilməsinə başlanılır

ABŞ-ın 250 illik yubileyi münasibətilə buraxılmış və üzərində Amerika lideri Donald Trampın portreti olan məhdud saylı seriyadan olan pasportlar iyulun 6-dan etibarən ölkə vətəndaşlarına verilməyə başlanacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

"ABŞ Dövlət Departamenti Amerikanın 250 illik yubileyini qeyd etmək üçün xüsusi Amerika pasportu hazırlayıb. Pasportların verilməsinə bu il iyulun 6-dan etibarən Vaşinqtonda başlanacaq", — deyə qurumdan bildirilib.

Dövlət Departamenti məhdud seriyalı pasportların dəqiq sayını açıqlamasa da, daha əvvəl söhbətin təxminən 40 min sənəddən gedə biləcəyi barədə məlumat yayılmışdı. ABŞ vətəndaşları bu pasportları ayrıca müraciət əsasında yalnız Vaşinqtonda əldə edə biləcəklər, sənədin verilməsi məcburi qaydada həyata keçirilməyəcək. Pasportun alınması üçün əlavə rüsum tələb olunmayacaq.

Məryəm Quliyeva