DÇ-2026:Argentina Misiri məğlub edərək 1/4 finala yüksəldi - YENİLƏNDİ İdman

DÇ-2026:Argentina Misiri məğlub edərək 1/4 finala yüksəldi - YENİLƏNDİ

Argentina Misir üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.

Qarşılaşma 3:2 hesabı ilə Argentinanın xeyrinə yekunlaşıb.

***

Argentina oyuna əlavə edilmiş vaxtda növbəti qolunu vurub.

90+3-cü dəqiqədə Enzo Fernandes komandasına 3-cü qolu qazandırıb.

***

21:48

Argentinanın kapitanı Leonel Messi Misirlə qarşılaşmada hesabı bərabərləşdirib.

***

21:44

Argentina Misirlə hesab arasındakı fərqi birə endirib.

Kristian Romero matçın 79-cu dəqiqəsində qol vurub.

***

21:32

Argentina-Misir matçında ikinci qol vurulub.

VAR tərəfindən qolu ləğv edilən Mostafa Ziko matçın 67-ci dəqiqəsində komandasının üstünlüyünü iki topa çatdırıb.

***

21:23

Argentina-Misir matçında afrikalıların ikinci qolu ləğv edilib.

Hakim qayda pozuntusuna görə qolu qeydə almayıb.

***

21:10

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci hissə başlayıb.

Misir 1:0 hesabı ilə üstünlüyü qoruyur.

***

20:23

Argentina-Misir matçında Leonel Messi penalti zərbəsindən yararlana bilməyib.

Bu, DÇ-2026-da Messinin qaçırdığı ikinci penalti zərbəsidir.

***

20:17

Argentina-Misir qarşılaşmasında ilk qol vurulub.

Yasser İbrahim 15-ci dəqiqədə misirliləri sevindirib.

***

20:00

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyunu başlayıb.

Teleqraf xəbər verir ki, 1/8 final mərhələsinin oyunu Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı fransalı hakim Fransua Leteksye idarə edir.