Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
29 İyul 13:31
1 743
“Santos”un ulduz futbolçusu Neymar Braziliya millisində çıxışını başa vurduğunu açıqlayıb.
“Actu Foot” xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Düşünürəm ki, Braziliya millisi ilə hekayəm başa çatıb. Mən hər şeyimi verdim. Bütün qəlbimi və həyatımı həsr etdim, amma indi düşünürəm ki, bunu daha etmək istəməyəcəyəm”, - deyə Neymar bildirib.
Qeyd edək ki, Neymar Braziliya millisinin tarixinin ən yaxşı bombardiridir. O, 2010-cu ildən yığmanın heyətində 130 oyuna çıxıb, 80 qol vurub və 59 məhsuldar ötürmə edib.
2026-cı il dünya çempionatında Braziliya millisi 1/8 finaladək irəliləyib və bu mərhələdə Norveçə 1:2 hesabı ilə məğlub olub. Turnirin qalibi isə İspaniya yığması olub.
8 Noyabr 17:04
1 092
8 Noyabr 16:35
1 050
8 Noyabr 14:05
1 008