Azərbaycan millisinin baş məşqçisi: "Türkiyədə özümüzü əcnəbi kimi hiss etmirik" İdman
- 13 Yanvar 2021 14:05
- 1 435
“Güclü komanda olan Türkiyə yığması ilə birgə təlim-məşq toplanışı keçirik. Bundan çox məmnunuq. Türkiyə millisinin çox yaxşı güləşçiləri var. Onlarla çalışdığımız zaman çatışmazlıqlarımızı və səhvlərimizi görürük”.
Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov İstanbulun Sarıyer bölgəsində yerləşən Mersinli Ahmet adına təlim-məşq mərkəzində davam edən toplanış barədə danışarkən deyib.
Vaxtilə Türkiyədə çalışmış rusiyalı mütəxəssis “Anadolu” agentliyinə açıqlamasında qardaş ölkədə özlərini əcnəbi kimi hiss etmədiklərini söyləyib: “Türkiyə ilə Azərbaycan dost və qardaş ölkələrdir. İki qardaş dövlətin yığmaları birlikdə məşq keçir. Burada özümüzü əcnəbi kimi hiss etmirik. Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq olmaz. Onlar da bizə yad gözlə baxmırlar. Daim birlikdəyik, bir-birimizdən ayrı deyilik. Əl-ələ verib uğurlu nəticələrə çalışacağıq”.
Tarakanov təlim-məşq toplanışı üçün yaxşı şəraitə malik olduqlarını bildirib: “Federasiyamıza minnətdarlığımızı bildirirəm. Bizim üçün yaxşı şərait yaradırlar. Qardaş ölkədə çalışmağımıza dəstək verdilər. Bundan sonrakı Avropa və dünya çempionatlarından əvvəl də Türkiyə yığması ilə birlikdə çalışmaq istəyirik. Eyni zamanda, bizə yaradılan köməkliyə görə Türkiyə Güləş Federasiyasına da təşəkkür edirəm”.
Baş məşqçi koronavirus pandemiyası səbəbindən 2021-ci ilə keçirilən Tokio Yay Olimpiya Oyunları ilə bağlı hədəflərindən də söz açıb. O, məqsədlərinin ən azı bir qızıl medal olduğunu vurğulayıb: “Olimpiadada yunan-Roma güləşində 6 çəki dərəcəsi üzrə yarış olacaq. Oyunlara qatılan idmançıların hamısı medal qazanmaq istəyir. Biz bütün çəki dərəcələrində təmsil olunmaq niyyətindəyik. Təbii ki, bir yığmanın 6 çəki dərəcəsinin hamısında güləşçisinin olması çox çətindir. Amma təsadüfən ola bilər. Qarşıdakı turnirlərə qatılaraq idmançılarımızın vəziyyətlərinə baxacağıq. Bütün çəkilərdə olmaq əla olardı, amma bizim üçün önəmli olan bir qızıl medal qazanmaqdır. Həmin qızıl üçün də çox çalışacağıq”.
Qeyd edək ki, Türkiyə yığmasıyla birgə təşkil olunan hazırlıq prosesi yanvarın 16-dək davam edəcək. Millimiz toplanışı başa vurduqdan sonra Fransanın Nitsa şəhərinə yollanaraq ilin ilk beynəlxalq turniri olan Henri Deqlan "Qran-Pri"sində iştirak edəcək.
-
Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək
-
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Kənan Bağırov
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
-
“Yarımçıq tikililər narahatlıq yaradır”
-
“Yarımçıq tikililər həm də ona görə var ki...”
-
Kiyev silahları aylar deyil, həftələr ərzində alacaq
-
“Əksər dövlət qurumlarının təkribində tikinti şöbələri var
-
İsrail İrana raket zərbəsi endirdiyini təsdiqlədi
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
KİV: İranın İsrailə qarşı dərhal cavab tədbirləri görmək planı yoxdur
-
Bu gün yenidən mitinq olacaq
-
“Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq”
-
Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib
-
“Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən məyus olublar”
-
“Bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var”
-
FHN: Ötən sutka 23 yanğına çıxış olub, 4 nəfər xilas edilib
-
“Rusiya sülməramlılarının Qarabağdan çıxarılması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir”
-
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
-
BDU tələbəsinin meyiti tapıldı
-
Təbrizdə güclü partlayış səsləri eşidilib
-
Güneyli aktivist məzuniyyətə göndərilib
-
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib - FOTO
-
Fransanın növbəti diplomatları qovulub - "Observer Online" yazır
-
“Bütövlüyün rəmzi Cənab Prezident İlham Əliyevdir”
-
“Bu, Amerikanın riyakarlığının göstəricisidir”
-
“Deputatların sayı 151-ə qaldırılmalı, nazirliklərin sayı 11-ə endirilməlidir” - MÜSAHİBƏ
-
“Fransa bölgəni yenidən qarşıdurma mərkəzinə çevirməyə çalışır”
-
Milli Məclisin növbəti plenar iclası başlayıb
-
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
-
Paşinyan Azərbaycan sərhədini pozmamaq üçün Tavuşa helikopterdə gəlib
-
786 gündə Rusiyanın Ukraynada itirdiyi - Rəqəmlər
-
Rusiya Ukraynanı atəşə tutub
-
"ABŞ-ın məqsədi fələstinliləri İsrailə tabe olmağa məcbur etməkdir"
-
Bakıda intihara cəhd - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var
-
Bu günə olan valyuta məzənnələri
-
BMT-də İsrailin nümayəndəsinə etiraz ediblər
-
Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi
-
Azərbaycan nefti 3 dollar ucuzlaşıb
-
Ukraynanın 380 hədəfi vurulub
-
"Opponentlərin məqsədi “Qara pulları” gizlətməkdir"
-
Ağdərə yolunun inşasına başlanıldı - FOTO
-
Qubada 18 yaşlı oğlan bıçaqlanıb
-
İsveçrə Ukraynanın bərpası üçün 5 milyard avrodan çox vəsait ayıracaq
-
Tələbələr də ayağa qalxıblar
-
Qəbristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
-
Uilyam Börns: “ABŞ-nin hərbi yardımı Ukraynaya Putinin planlarını pozmağa kömək edəcək”
-
İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb - YENİLƏNİB
-
Tu-22M3 təyyarəsi qəzaya uğrayıb
-
İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb
-
Zərdabda sənədsiz silahlar aşkar edilib
-
Sumqayıtda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
-
Kürdə batan atanın meyiti tapılıb, azyaşlı qızının axtarışları davam edir
-
İsrail İrana "məhdud sayda" zərbələr endirib
-
ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib
-
Dubay aeroportu fəaliyyətini qismən bərpa edib
-
İsrail İranda bir obyektə raket zərbəsi endirib
-
Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb
-
Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib
-
Çempionlar Liqası: Tomas Tuheldən ilk