Abşeronda alternativ su mənblərindən istifadə imkanlarının öyrənilməsi təmin ediləcək
Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir
Əraqçi: ABŞ və İranın yeni danışıqlar raundu cümə günü başlayır
“Mümkün sülh razılaşması yeni siyasi reallıqlar formalaşdırmaq potensialına malikdir”
6 Oktyabr 2021 08:13
9 520
Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.
Trend xəbər verir ki, bu gün 18-21-yaşlı fudokançılarımızdan Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.
Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.
Bundan əvvəl idmançımız Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub.
Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.
Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı bu gün başa çatacaq.




