Rusiya MN: Gecə ərzində ölkə regionları üzərində Ukraynanın 288 PUA-sı vurulub Dünya

Rusiya MN: Gecə ərzində ölkə regionları üzərində Ukraynanın 288 PUA-sı vurulub

Hava Hücumundan Müdafiə (HHM) vasitələri iyulun 13-ü Moskva vaxtı ilə saat 20:00-dan iyulun 14-ü saat 08:00-dək (Bakı vaxtı ilə iyulun 13-ü saat 21:00-dan iyulun 14-ü saat 09:00-dək) Rusiya regionları və Azov tərəfi ilə Qara dəniz akvatoriyası üzərində Ukraynaya məxsus 288 pilotsuz uçuş aparatını (PUA) vuraraq zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Gecə ərzində, Moskva vaxtı ilə 13 iyul saat 20:00-dan 14 iyul saat 08:00-dək olan müddətdə növbətçi HHM vasitələri Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Saratov, Tula vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım və Başqırdıstan respublikaları əraziləri, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində Ukraynaya məxsus təyyarə tipli 288 pilotsuz uçuş aparatını müəyyən edərək məhv edib", — deyə məlumatda bildirilir.

Məryəm Quliyeva